Ədalətli İdman Günü ilə əlaqədar Bakıda tədbir keçirilib


Digərləri 10 Apr 2018 20:22:00 263 0

Ədalətli İdman Günü ilə əlaqədar Bakıda tədbir keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Yeni bulvar ərazisi, "street workout" meydançasında Beynəlxalq Ədalətli İdman Günü (Play True Day) münasibətilə tədbir keçirilib.

AMADA-dan Son.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi antidopinq siyasətinin təşviq edilməsi və idmançıların ədalətli, bərabər və dürüst mübarizəyə çağrılmasıdır.

Tədbirdə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, digər dövlət qurumları və idman ictimaiyyəti nümayəndələri iştirak ediblər. Tədbirə İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder, eləcə də Ədalətli İdman Günü tədbirini dəstəkləmək məqsədilə Azərbaycanın müxtəlif idman növləri üzrə 7 olimpiya çempionu dəvət edilib.

Qeyd edək ki, Beynəlxalq Ədələtli İdman günü 2013-ci ildə yaradılıb və məqsədi ədalətli və təmiz idmanı bütün dünyada təşviq etməkdir. Müxtəlif tədbirlərlə müşayiət olunan bu gün ədalətli və təmiz idmanın nə qədər vacib olduğunu bir daha xatırladır və idmançılara mənəvi dəstək rəmzi kimi qeyd edilir.