Ərdoğan Lavrovun bəyanatını tənqid etdi: "Heç kimin haqqı yoxdur!"


Dünya 10 Apr 2018 20:16:00 351 0

Ərdoğan Lavrovun bəyanatını tənqid etdi: "Heç kimin haqqı yoxdur!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını tənqid edib.

Son.az Trend-ə istinadən bildirir ki, S.Lavrovun bəyanatının yanlış olduğunu bildirən R.T.Ərdoğan qeyd edib ki, heç kimin Türkiyəyə Afrində necə hərəkət etmək barədə göstəriş verməyə haqqı yoxdur.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri bəyan etmişdi ki, Türkiyə Afrini Suriya hakimiyyətinə qaytarmalıdır.