Ermənistan millisinə yeni baş məşqçi


İdman 10 Apr 2018 20:10:00 305 0

Ermənistan millisinə yeni baş məşqçi

Ermənistan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Goal.az xəbər verir ki, bu vəzifə 5 ildən sonra yenidən Vardan Minasyana həvalə olunub. Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Hayrapetyanın irəli sürdüyü təklifi İcraiyyə Komitəsinin bütün üzvləri yekdilliklə dəstəkləyib. 

Qeyd edək ki, Vardan Minasyan 2009 - 2013-cü illərdə də Ermənistan milli komandasının baş məşqçisi olub. Onun rəhbərliyi altında Ermənistan yığması 2012-ci il Avropa çempionatının seçmə mərhələsində B qrupunu 17 xalla 3-cü yerdə başa vurub.