Almaniyada hərbi helikopter qəzaya uğrayıb, ölən var


Dünya 10 Apr 2018 18:51:04 270 0

Almaniyada hərbi helikopter qəzaya uğrayıb, ölən var

Qəzanın başvermə səbəbi araşdırılır

Almaniyanın Bavariya vilayətində hərbi helikopter qəzaya uğrayıb.

“Report” "RİA Novosti"yəistinadən xəbər verir ki, hadisə Xasfurt aerodromunda qeydə alınıb.

Helikopter yanacaq doldurmaq üçün aerodroma enib və qalxarkən ərazidəki dispetçer məntəqəsinə çırpılıb. Qəza nəticəsində aerodromun 60 yaşlı əməkdaşı ciddi zədə alıb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Hadisə dövlətə bir neçə milyon avro ziyan vurub.

Qəzanın başvermə səbəbi araşdırılır.