Serj Sarkisyan işsiz qaldı


Digərləri 10 Apr 2018 18:50:00 242 0

Serj Sarkisyan işsiz qaldı

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan aprelin 17-də baş nazir vəzifəsinə namizədliyi təsdiq olunana qədər istirahət edəcək.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" erməni nəşri yazıb.

Mənbəyə görə, bu günlərdə Sarkisyan partiyada olacaq. Aprelin 11-də icraçı orqanın iclası keçiriləcək ki, burada, ola bilsin, gələcək hökumətin məsələsi müzakirə olunacaq.