Qomis "Galatasaray"da ilin ən yaxşısı seçildi


İdman 10 Apr 2018 18:53:00 267 0

Qomis "Galatasaray"da ilin ən yaxşısı seçildi

"Galatasaray"da "ilin idmançısı" mükafatının qalibi müəyyənləşib. Goal.az xəbər verir ki, bu nominasiyada futbol klubunun hücumçusu Bafetimbi Qomis qalib olub. "Türk Telekom" stadionunda təşkil olunan mərasimdə Qomisə mükafatı klubun prezidenti Mustafa Cengiz və Metin Öztürk təqdim edib.

"Bu mükafat məni çox sevindirdi. Kluba gəldiyimdən bəri gözəl hadisələr baş verir. Bu da onlardan biridir. 32 yaşım var, eyni tempdə davam etmək istəyirəm. Heç bir futbolçunun "Galatasaray"dan üstün olmadığını unutmaq olmaz. Mən də həmçinin. Biz komanda olaraq meydana çıxırıq. yoldaşlarım və məqşçinin də uğurumda əməyi var. Ona görə mükafatı komandanın adından alıram" - fransalı forvard qeyd edib.