Beynəlxalq Muğam Mərkəzində Mərakeş etnik musiqisi səslənəcək


Kriminal 10 Apr 2018 18:24:00 333 0

Beynəlxalq Muğam Mərkəzində Mərakeş etnik musiqisi səslənəcək

Beynəlxalq Muğam Mərkəzinin "Etnik musiqi inciləri" layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.

Qeyd etmək lazımdır ki, Mərkəzdə bu layihə çərçivəsində Rumıniyadan, Moldovadan, Türkiyədən, Yunanıstandan və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçmişdir. Muğam Mərkəzi "Sound Waves" adlı daha bir uğurlu konsert-layihəyə imza atmışdır ki, bu layihə əsasında da İtaliyadan, İspaniyadan, Yunanıstandan, Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası yaradaraq gözəl səhnə ifaları təqdim etmişdilər.

Aprelin 19-da keçiriləcək konsertdə Mərakeşli ifaçı Maalem Xoussam Quinia öz qrupu ilə Qnava üslubunda ifalar təqdim edəcək. Qnava üslubu  Mərakeşin ən əlvan və rəngarəng  mədəni irsinin əsas istiqamətlərindəndir. Bu Afrika, əsasəndə Mərakeş folklorudur. Bu ənənəvi musiqi mətnlərin, mahnıların, rəqslərin, Afrika qəbilələrinin kompozisiyasıdır.


Xəbərə aid fotolar