Fransada sığınacaq almaq istəyənlərin statistikası açıqlandı


Dünya 10 Apr 2018 18:18:00 292 0

Fransada sığınacaq almaq istəyənlərin statistikası açıqlandı

Azərbaycan vətəndaşlarından 2017-ci ildə Fransada sığınacaq almaq üçün 472 müraciət edilib.

Son.az report-a istinadən xəbər verir ki, bu məlumat Fransanın Qaçqınların və Vətəndaşlığı olmayan şəxslərin Müdafiəsi İdarəsinin (OFPRA) dərc edilmiş illik hesabatında göstərilib.

Hesabatda qeyd edilib ki, keçən il Ermənistandan 2363, Gürcüstandan isə 2101 müraciət olunub.

Sənəddə göstərilən statistikaya görə, tarixdə ilk dəfə bir il müddətində qaçqın statusu verilməsi üçün edilən müraciətlərin sayı 100 mindən çox olub. Belə statistika 1981-ci ildən etibarən aparılır.