Yunanıstan səfiri Bilik Fondunda olub (FOTO)


Digərləri 10 Apr 2018 18:18:00 262 0

Yunanıstan səfiri Bilik Fondunda olub (FOTO)

Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos D.Kanellos Azərbaycan Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Bakı. Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos D.Kanellos Azərbaycan Prezidenti yanında Bilik Fondunun qonağı olub. Bilik Fondundan Trend-ə verilən məlumata görə, fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin yunanşünaslıq ixtisası üzrə təhsil alan təcrübəçi tələbələri ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib. O.Səmədov bildirib ki, rəhbərlik etdiyi qurum ölkə əhalisinin elmi biliklərinin atrırılması, dünya elminin əldə etdiyi nailiyyətlərlə tanış edilməsi, Azərbaycan həqiqətlərinin, azərbaycançılıq məfkurəsinin, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin xarici ölkələrin yüksək rütbəli nümayəndələri vasitəsilə dünya ictimaiyyətinə çatdırılması məqsədilə beynəlxalq əlaqələrini genişləndirir. İcraçı direktor beynəlxalq layihələrdən söz açaraq, xarici ölkə səfirləri, nümayəndələri ilə Bilik Fondunda keçirilən işgüzar görüşlərin ənənəyə çevrildiyini vurğulayıb. O.Səmədov Yunanıstan səfirini yaradıcı insan kimi səciyyələndirərək, onun rəssamlıq və yazıçılıqla peşəkar səviyyədə məşğul olduğunu xatırladıb. İcraçı direktor səfirliklə Fondun gələcək əməkdaşlığının intensivliyi və effektivliyi məqsədi ilə təkliflər irəli sürüb. Görüşdə Fondun aparat rəhbəri İsaxan Vəliyev də çıxış edərək, Yunanıstanın dünyaya görkəmli filosoflar bəxş etdiyini deyib və səfirin yaradıcı insan olmasını həm də bu amillə əlaqələndirib. İ.Vəliyev yunan xalqı ilə Azərbaycan xalqı arasında oxşar cəhərlərin olduğunu diqqətə çatdıraraq, ikitərəfli əməkdaşlığın böyük nəticələr verəcəyinə inandığını söyləyib.