İranda 3 yaşlı uşağı döyərək öldürən ögey ata edam edilib


Digərləri 10 Apr 2018 18:01:00 228 0

İranda 3 yaşlı uşağı döyərək öldürən ögey ata edam edilib

İranın Gilan vilayətində azyaşlını döyərək öldürən atalığı bu gün məhkəmənin qərarı ilə edam edilib.

Bakı. İranın Gilan vilayətində azyaşlını döyərək öldürən atalığı bu gün məhkəmənin qərarı ilə edam edilib. Trend-in məlumatına görə, ötən ilin oktyabrında ögey ata 3 yaşında uşağı döyərək öldürüb. Azyaşlının bədənində siqaretlə yandırma izləri də aşkar edilib. Hadisəni törədən şəxs məhkəmədə ifadəsində uşağı öldürmək istəmədiyini, sadəcə qorxutmaq niyyətində olduğunu deyib.