"Gözləri götürməyənlər çoxdur" Fatimə


Şou-biznes 10 Apr 2018 17:48:00 239 0

"Gözləri götürməyənlər çoxdur"  Fatimə

"Rəqs aləmində məni gözləri götürməyənlər çoxdur. Çünki elə rəqqasələr var ki, dövlət ansamblında rəqs ediblər, indi heç yerdə yoxdular. Paxıllıqlara fikir verməyə vaxtım yoxdur".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ATV kulis" verilişində deyib. 

Sənətçi xınayaxdı mərasimlərində birinci özünün olduğunu söyləyib:

"Xınayaxdı mərasimləri sırasında nömrə birəm. Bu işə gələndə mahnı oxuyacağımı bilmirdim. Sonra bir neçə müğənnilər mənə kömək oldu və mahnılarını verdilər. Mən də oxuyub, xınalarda səsləndirdim. Hətta arada menecerimə zəng vurub toya oxuyan kimi dəvət edirlər. Yaxşı qonorar versələr gedərəm".