Donald Tramp Suriya məsələsinə görə Latın Amerikasına səfərini təxirə salıb


Dünya 10 Apr 2018 17:35:42 262 0

Donald Tramp Suriya məsələsinə görə Latın Amerikasına səfərini təxirə salıb

O, Suriyadakı vəziyyətlə bağlı Vaşinqtonun atacağı addımlara rəhbərlik etmək üçün ölkədə qalmaq niyyətindədir

ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə əlaqədar Latın Amerikasına səfərini təxirə salıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Ağ evin məlumatında deyilir ki, o, Suriyadakı vəziyyətlə bağlı Vaşinqtonun atacağı addımlara rəhbərlik etmək üçün ölkədə qalmaq niyyətindədir.