Harvarda qəbul olan azərbaycanlı şagird


Digərləri 10 Apr 2018 17:21:00 389 0

Harvarda qəbul olan azərbaycanlı şagird

İlkin Bayramlı bu il Harvard Universitetində bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır. 17 yaşlı İlkin hazırda 93 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alır.

Son.az qafqazinfo-ya istinadən artıq Harvard tələbəsi olan İlkin Bayramlının müsahibəsini təqdim edir:

- Harvard Universitetinə qəbul olmaq üçün təhsil marafonu necə olmalıdır?

- Ümumiyyətlə, bu universitetlərə qəbul olmaq üçün 1 və ya 2 il hazırlıq lazımdır deyə bir şey yoxdur. İllərlə olan təcrübə, oxuma mədəniyyəti əsasdır. Birinci sinifdən əlaçı olmuşam, məktəbdən kənar fəaliyyətlərdə aktiv olmuşam. Mənim üçün çevriliş deyəcəyim məqam 9-cu sinifdə oldu. Həmin vaxt ingilis dilini öyənməyə başladım və bunun XXI əsrdə nailiyyət qazanmaq üçün ən böyük alət olduğunu gördüm. Və beləliklə SAT və İELTS imtahanlarına hazırlaşmağa başladım. Hərəsinə 3 ay hazırlaşmışam, dünya tarixinə isə iki həftə. 

- Bəs nəticələr necə oldu?

- İELTS imtahanı verib maksimum 9 baldan 8-ni topladım. SAT üzrə 1600 baldan 1500 bal topladım. SAT-ın fənn imtahanları olan 2-ci səviyyə riyaziyyat üzrə 800 sualın hamısına düz, dünya tarixi üzrə isə 800 sualdan 750-nə doğru cavab yazdım.

- Bir ay riyaziyyata hazırlaşıb bütün suallara doğru cavab yazmaq asan iş deyil. Bəs sualların çətilik dərəcəsi necə idi?

- Bizim sistemlə oxuduğum üçün suallar elə də çətin gəlmədi. Çünki bizdə bu fənn daha intensiv tədris olunur. Bu sadaladıqlarım qəbul olmağımın sadəcə 30%-ni təşkil edir. Qalanı fəaliyyətlərim, elmi araşdırma və məqalələrim, əvvəllər iştirak etdiyim proqramlar və s. oldu. 2 il olimpiaçı olmuşam. Esselərimə xüsusi fikir vermişəm. 

- Çox vaxt deyirlər ki, azərbaycanlı gənclər savadlı olsa da, özünü ifadə edə bilmirlər. 

- O düzdür. Bizdə təhsil hələ təzə-təzə formalaşır. Tətbiqi yox, test üsulu ilə, faktlara əsaslanan bir tədris planımız var. Esse, prezintasiya isə qərbin marağında olan və tətbiq tələb edən sahələrdir. Özünü yaxşı tanıtmaq üçün ifadəetmə bacarığın olmalıdır. 

- Bəs Harvardda oxuyacağınızı gözləyirdiniz?


Xəbərə aid fotolar