İsmayıllıda 14 km uzunluğunda avtomobil yolu inşa edilir (FOTO/VİDEO)


Digərləri 10 Apr 2018 17:20:36 284 0

İsmayıllıda 14 km uzunluğunda avtomobil yolu inşa edilir (FOTO/VİDEO)

Yol 52 min əhalinin yaşadığı 69 yaşayış məntəqəsini əhatə edir.

Bakı. İsmayıllıda 14 km uzunluğunda avtomobil yolu inşa edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı olaraq yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi çərçivəsində Dövlət Agentliyi tərəfindən cari ildə ümumi uzunluğu 2 min km-dən artıq olan və respublika üzrə bütün rayonları əhatə edən 102 yol infrastrukturu layihəsini həyata keçirəcək. Sözügedən layihərə uyğun olaraq artıq bir çox yollarda yenidənqurma və tikinti işlərinə start verilib. Bu cür yollardan bir-neçəsi İsmayıllı rayonunda yerləşir. Bura respublika və yerli əhəmiyyətli yolar daxıldır. Yolların uzunluqları 54 km təşkil edir və 52 min əhalinin yaşadığı 69 yaşayış məntəqəsini əhatə edir. Başlanğıcını Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 5-ci km-dən götürən yerli əhəmiyyətli Kəlbənd-Girk avtomobil yolu İsmayıllı rayonunda yenidən qurulması nəzərdə tutulan yollardan biridir. 14 km uzunluğa malik olan yol əsasən torpaq örtüklü və ensiz olması gediş-gəlişdə çətinliklərin yaranmasına səbəb olurdu. Bu üzdən sözügedən yol IV texniki dərəcəyə uyğun inşa edilir.