Vinisius: "Dünyanın ən böyük klubunda oynayacam"


İdman 10 Apr 2018 17:08:00 285 0

Vinisius: "Dünyanın ən böyük klubunda oynayacam"

"Flamengo"nun 17 yaşlı yarımmüdafiəçi Vinisius Juniorun "Real"a transferi rəsmiləşsə də, onun Madridə nə zaman gedəcəyi hələ dəqiq deyil. Goal.az xəbər verir ki, gənc futbolçu bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

"Real"a nə zaman qoşulacağımı bilmirəm. Onlar mənə vaxtı deyəcək və təsdiqləyəcəm. Amma qərarı özləri verəcəklər. Madrid klubunu seçməyimdə Marselo və Kasemironun rolu böyük oldu. Mənə dedilər ki, ən yaxşı komandada oynamalıyam. Braziliyanın ən yaxşı klubunu tərk edirəm ki, dünyanın ən böyük klubunda oynayım.

Ronaldonun "Juventus"a aşırma zərbəsi ilə vurduğu qolu görəndə düşündüm ki, günlərin birində dünyanın ən yaxşılarından olan futbolçu ilə birlikdə meydana çıxacam. Qolu onunla qeyd etməyimi gözümün önünə gətirdim".