FİFA icarə sistemini ləğv etmək fikrindədir


İdman 10 Apr 2018 16:55:00 271 0

FİFA icarə sistemini ləğv etmək fikrindədir

FİFA futbolda növbəti islahata hazırlaşır. Goal.az xəbər verir ki, qurum futbolçuların başqa kluba icarəyə verilməsini ləğv etmək istəyir. Hazırda bir çox klublar bu sistemdən yararlanır. Məsələn, müqavilə ilə "Chelsea"yə məxsus 40-a yaxın futbolçu başqa klublara icarəyə göndərilib. Bunlardan biri Marko van Qinkeldir. Holland yarımmüdafiəçi 2013-cü ildə "Vitesse"dən 9.4 milyon avroya transfer olunmuşdu. Həmin vaxtdan etibarən "Chelsea" onu "Milan", "Stoke City" və PSV klublarına icarəyə verib.

İcarə sistemini istismar edən digər klub isə "Juventus"dur. "Qoca senyora"nın 50-ə qədər futbolçusu başqa komandaların - xüsusilə İtaliyanın digər təmsilçilərinin formasını geyinir.

FİFA düşünür ki, böyük klublar gənc futbolçuları alıb digərlərinə icarəyə verməklə onların inkişafına əngəl törədir.