"Seçkilərin şəffaf keçirilməsinə hər hansı əngəl olmayacaq"


Digərləri 10 Apr 2018 16:42:00 248 0

"Seçkilərin şəffaf keçirilməsinə hər hansı əngəl olmayacaq"

Şəffaflıq seçkilərdə ən əsas amildir və hesab edirəm ki, aşkarlıq baxımından seçki məntəqələrində kifayət qədər missiya yerinə yetirən insanlar olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pəhanov bildirib ki, seçki məntəqələrində müşahidəçilər üçün xüsusi rahatlıq yaratmağa çalışmışıq: "Bütün seçki dairələri və seçki məntəqələri müasir və yaxşı şəraiti olan binalarda yerləşib. Çalışmışıq elə şərait yaradaq ki, müşahidəçilərin öz funksiyalarını yerinə yetirmək üçün heç bir əngəl olmasın".

MSK sədri bildirib ki, seçkilərdə cavabhedliyi olan qurumlarla maarifləndirmə işi aparılıb: "Misal üçün cəzaçəkmə müsəssisələrində olan insanlar da səs verəcək. Bunun üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə tədbir keçirib, o cümlədən Səhiyyə Nazirliyi və digər qurumlarla tədbirlər təşkil edilib.