III Buktreyler Festivalı Buktreylerlərin qəbulu başa çatdı


Digərləri 10 Apr 2018 16:36:00 237 0

III Buktreyler Festivalı  Buktreylerlərin qəbulu başa çatdı

Kitabı tanıdın, kitabla tanının!

Kinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təssiçisi olduğu, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi, Azercell və Libraff-ın tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

8 apredə III Buktreyler Festivalına buktreylerlərin qəbulu başa çatdı. Hal-hazırda Təşkilat Komitəsi tərəfindən buktreylerlərə baxış keçirilir və Festivalın tələblərinə uyğunluğu yoxlanılır. Bütün prosedurlar keçildikdən sonra buktreylerlər Münsiflər Heyətinə təqdim ediləcək.

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları və tərəfdaşlarımızdan hədiyyələr gözləyir.

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.Az facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.