Saakaşvili Gürcüstanda hökuməti dəyişmək istəyir


Digərləri 10 Apr 2018 15:39:00 188 0

Saakaşvili Gürcüstanda hökuməti dəyişmək istəyir

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili "Facebook" sosial şəbəkəsi vasitəsilə hakim partiya və rəhbəri Bidzina İvanişviliyə qarşı birləşməyə çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, o, "Facebook" səhifəsində yazıb: "İvanişvili Gürcüstanın düşmənidir və Gürcüstan məhv olmaq təhlükəsi altındadır. Bütün müxalif qüvvələrə səslənərək, nə qədər ki, vaxt var, birləşməyə çağırıram. Bütün firki ayrılıqlarını bir kənara qoyaq. Biz bu il böyük dəyişikliklərə nail olacağıq, Gürcüstanı yer xəritəsindən silinməyə qoymayaq. Bu, real təhlükədir".