Prezident seçkiləri günü Mətbuat Şurasında «qaynar xətt» fəaliyyət göstərəcək


Digərləri 10 Apr 2018 15:31:00 220 0

Prezident seçkiləri günü Mətbuat Şurasında «qaynar xətt» fəaliyyət göstərəcək

Azərbaycan Mətbuat Şurası aprelin 11-də keçiriləcək Prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Mətbuat Şurası aprelin 11-də keçiriləcək Prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq. Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar. Bu işə Mətbuat Şurasına üzv mərkəzi və regional kütləvi informasiya vasitələrinin əməkdaşları da cəlb olunub. Monitorinqin 125 seçki dairəsinin mütləq əksəriyyətini əhatə etməsi nəzərdə tutulub. Şuranı İdarə Heyətinin üzvləri həmçinin müşahidəçi qismində də seçkinin gedişini izləyəcəklər.