Amerikalı müşahidəçi: Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir


Digərləri 10 Apr 2018 15:32:38 201 0

Amerikalı müşahidəçi: Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir

Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir.

Bakı. Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir. Trend-in məlumatına görə, bunu Azərbaycanda prezident seçkilərində müşahidə aparacaq amerikalı ekspert, “Tool Shed Group”un rəhbəri Ceyson Kats "Seçki-2018" Müstəqil Medai Mərkəzinə açıqlamasında deyib. C.Kats 2015-ci ildə Azərbaycanda parlament seçkilərində də müşahidəçi kimi iştirak etdiyini bildirib: "Həmin vaxt mən seçki prosesində fəal iştirak edən müşahidəçi idim. İnsanlarla söhbət etdim, təmaslar qurdum. Seçicilərin seçkiyə gəlişindən tutmuş bülletenlərin qutuya atılmasına qədər bütün prosesləri izlədim. O zaman olduğum məntəqələrdə heç bir problem qeydə alınmadı". Müşahidəçi bildirib ki, builki seçki prosesi də yüksək səviyyədə təşkil olunub: “Əminəm ki, bu dəfə də seçkilər azad və demokratik keçiriləcək. Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir. Xüsusilə də məntəqələrdə veb-kameraların quraşdırılması təcrübəsindən başqa ölkələr də yararlana bilər. Müşahidələrimi əsas götürərək deyə bilərəm ki, sabah seçki günü xalq sərbəst şəkildə öz istədiyi namizədə səs verəcək". Qeyd edək ki, Azərbaycanda prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin