FHN Goranboyda ağır qəza ilə bağlı məlumat yaydı


Digərləri 10 Apr 2018 15:11:00 201 0

FHN Goranboyda ağır qəza ilə bağlı məlumat yaydı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində "VAZ" və "Mercedes" markalı iki minik avtomobilin toqquşması barədə məlumat daxil olub.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.