Vergilər Nazirliyi bu il işçilərinə 11 mln. manat xərcləyib


Digərləri 10 Apr 2018 15:18:00 225 0

Vergilər Nazirliyi bu il işçilərinə 11 mln. manat xərcləyib

Bu ilin yanvar-mart aylarında Vergilər Nazirliyinin işçilərinə 10 904 708 manat xərclənib ki, bu da nəzərdə tutulan məbləğin 94,56%-i deməkdir. 

Son.az report-a istinadən xəbər verir ki, sözügedən 678 837 manatı ştatda olan işçilərin əmək haqlarının, 420 567 manatı ştatdankənar işçilərin əmək haqlarının, 1 782 240 manatı Dövlət Sosial Müdafiə Fondu üzrə öhdəliklərin yerinə yetirilməsinə sərf olunub.