İsa Qəmbərin səhhəti ilə bağlı


Digərləri 10 Apr 2018 14:56:00 235 0

İsa Qəmbərin səhhəti ilə bağlı

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Almaniyada müalicəsi davam edir.

Son.az report-a istinadən xəbər verir ki, yaxın vaxtlarda İsa Qəmbərin müalicəsi başa çatacaq.

A.Hacılı İ.Qəmbərlə bir neçə dəfə telefonla danışdığını qeyd edərək bildirib ki, partiyanın sabiq başqanı özünü yaxşı hiss edir: "Düşünürük ki, İsa Qəmbər müalicəsini bitirdikdən sonra orada bir müddət istirahət etsin. Amma bütün hallarda Azərbaycana nə zaman dönəcəyi ilə bağlı qərarı özü qəbul edəcək".