Superliqa klubu məşqçi ilə yollarını ayırdı


İdman 10 Apr 2018 14:51:00 231 0

Superliqa klubu məşqçi ilə yollarını ayırdı

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən Bursaspor  klubunun baş məşqçisi Pol Le Quen istefaya göndərilib.

Goal.az klub saytına istinadən xəbər verir ki, fransalı mütəxəssislə anlaşma birtərəfli qaydada pozulub. Le Quen "timsahlar"ın rəhbərliyinin qarşılıqlı razılıqla yolların ayrılmasına dair təklifini rədd etdiyi üçün müqavilədəki "birtərəfli pozulma" maddəsindən yararlanıb. Nəticədə 54 yaşlı baş məşqçi köməkçiləri ilə birgə qovulub.

Son 6 turda komandaya Mustafa Er rəhbərlik edəcək. Onun köməkçisi isə argentinalı futbolçu Pablo Batalya olacaq.

Qeyd edək ki, Bursaspor Pol Le Quenin rəhbərliyi altında Super Liqada 28, Türkiyə Kubokunda 6 oyuna çıxıb. 13 görüşdən qalıb ayrılan "ağ-yaşıllar" 14 dəfə uduzub. Hazırda "timsahlar" çempionatda 33 xalla 13-cü pillədə qərarlaşıb.