Bakıda ən ucuz taksi hansıdır?


Digərləri 10 Apr 2018 14:43:00 259 0

Bakıda ən ucuz taksi hansıdır?

Taksi xidməti son illər Azərbaycanda, daha dəqiq desək, Bakıda ən sürətlə inkişaf edən biznes sahəsidir. Paytaxtda demək olar ki, hər ay yeni bir taksi xidməti yaradılır. İlk baxışdan bu proses sadə görünür - qısa nömrə almaq, ofis tutmaq, sifarişlərin qəbulu və əlaqələndirilməsi üçün  bir neçə operator işə qəbul etmək və bir xeyli taksi sürücüsü ilə əməkaşlıq etmək.

Amma belə güclü rəqabət şəraitində bazar payını qorumaq üçün müxtəlif taksi xidmətlərində qiymətlər də fərqlidir.

Son.az fed.az-ın mövzu ilə bağlı hazırladığı araşdırmanı təqdim edir:

10 ən məşhur taksi xidmətinə zəng edib "Hyatt Regency Baku" hotelindən Heydər Əliyev Beynəlxalq Aeroportuna neçəyə aparacağını, hotelin qarşısında 5-10 dəqiqə gözləyəcəyi halda əlavə nə qədər ödəniş olacağını və pik saatın bütün bu qiymətlərə nə dərəcə təsir edib-etmədiyini öyrəndik. Nəticələr belədir:  

*9111 "Ekonom taksi"

Bu marşrut üzrə xidmətin dəyəri 12,50 manat olacaq. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Taksinin ilk 10 dəqiqə gözləməsi pulsuzdur. 10 dəqiqədən sonra hər 1 dəqiqənin qiyməti 0,05 manat dəyərində hesablanacaq. Operatorun sözlərinə görə, müvafiq marşrut üzrə hərəkət pik saatlara təsadüf edərsə qiymətdə 1-2 manat qalxa bilər.

 *2424 taksi xidməti

Bu ünvana 12 manata aparır. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Əlavə gözləmə müddətinin dəyəri isə hər 10 dəqiqəyə 0,50 manat hesablanır. Operator deyir ki, pik saatlarda da bu qiymət dəyişmir.

 *5959 "Felix taksi"

Bu marşrutun qiyməti 11,35 manatdır. Hava limanına girişin ödənişi də bu qiymətə daxildir. Bu taksi xidmətində də ilk 10 dəqiqə gözləmək pulsuzdur. 10 dəqiqədən sonra hər bir dəqiqənin qiyməti 0,05 qəpikdən hesablanır. Operator bildirir ki, pik saatlar bu qiymətə təsir etmir.

 189 taksi

Sözügedən məsafə üzrə ödəniş ekonom-class ilə 13,40 manat, biznes-class ilə isə 17,90 manat olacaq. Bu qiymətə hava limanına girişin qiyməti də daxildir. Taksi ilk 10 dəqiqə gözləməsi üçün ödəniş tələb olunmur. 10 dəqiqədən sonra üçün isə hər dəqiqənin dəyəri 0,05 manatdan hesablanır. Operator bildirir ki, bu qiymətlər pik saatlarda da dəyişmir.

 *8844 "City taksi"