"Günah məndə deyil ki, Allah məni belə gözəl yaradıb" FOTO


Şou-biznes 10 Apr 2018 14:49:00 450 0

"Günah məndə deyil ki, Allah məni belə gözəl yaradıb"  FOTO

Cazibədar aktrisa Gülşən Hüseynli şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Son.az bildirir ki, əkscinsin nümayəndələri tərəfindən sevgi təklifləri aldığını deyən aktrisa yenicag.az-a açıqlamasında onların çoxunu cavabsız qoyduğunu bildirib:

"Sosial şəbəkələrdə fotomu paylaşmağımı gözləyirlər, o saat başlayırlar komplimentlərə. Hələ o şəkil biraz açıq-saçıq olsa, lap dəli olurlar. Kişilər yazır ki, çox cazibədarsan, çox seksualsan, gözəl ayaqların var, baxışların adamı yoldan çıxarır. Mənimlə sevgili olmaq istəyirlər. Onlara elə gəlir ki, pulludurlarsa, deməli, məni əldə edə biləcəklər. Heç də belə deyil. Oğlan gərək mənim ürəyimə yata ki, onunla sevgili olum. Seçdiyim kişi mütləq diqqətli, mehriban, alicənab olmalıdır".


Xəbərə aid fotolar