Rusiyada üç böyük terror aktının qarşısı alındı


Dünya 10 Apr 2018 14:31:00 287 0

Rusiyada üç böyük terror aktının qarşısı alındı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) mart ayında Saratovda yerləşən ticarət mərkəzlərindən birində terror aktının qarşısını alıb. 

Son.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya Milli Anti-terror komitəsinin direktoru Aleksandr Bortnikov bildirib.

Terror aktının təşkilatçıları əməliyyat zamanı məhv edilib. İŞİD üzvləri olan şəxslərdə silah və gücü trotil ekvivalentində təxminən 3 kiloqram olan partlayıcı qurğu aşkarlanıb.