Martda ölkə üzrə gündəlik neft hasilatı 794 min barrel olub


Digərləri 10 Apr 2018 14:39:00 239 0

Martda ölkə üzrə gündəlik neft hasilatı 794 min barrel olub

Energetika Nazirliyi mart ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb.

Bakı. Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin mart ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Nazirlikdən Trend-ə verilən məlumata əsasən, həmin məlumatlara əsasən, cari ilin mart ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 794 min barrel olub. Bunun 740 min barrelini xam neft, 54 min barrelini kondensat təşkil edib. Gündəlik 629,6 min barrel xam neft, 54 min barrel kondensat, 10,6 min barrel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.