"Panathinaikos" futbolçuları məşqə çıxmaqdan imtina edib


İdman 10 Apr 2018 13:08:00 265 0

"Panathinaikos" futbolçuları məşqə çıxmaqdan imtina edib

Yunanıstanın köklü klublarından olan "Panathinaikos"un maliyyə çətinlikləri davam edir. Goal.az xəbər verir ki, Afina klubunun futbolçuları dekabrdan bəri məvaciblərini almaqdıqlarından ötən gün keçirilən məşqə çıxmayıblar. Komanda üzvləri "Panathinaikos" prezidenti Vasilis Konstantinuya bildirib ki, məvaciblər ödənilməyənə kimi tətil edəcəklər. Klubun maliyyə problemləri əsas səhmdar Yannis Alafuzosun dəstəyini dayandırmasından sonra başlamışdı. Ötən həftə Yunanıstan Superliqası "Panathinaikos"un sabiq futbolçusu Yens Vemmerə 500 min avro borcuna görə onun aktivindən 3 xal silmişdi.