Böyrək transplantasiyası əməliyyatı olunan insanların sayı açıqlandı


Digərləri 10 Apr 2018 12:41:00 280 0

Böyrək transplantasiyası əməliyyatı olunan insanların sayı açıqlandı

Hazırda Azərbaycanda böyrək transplantasiyası əməliyyatı olunan 900-dan çox insan var.

Son.az report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov deyib.

O əlavə edib ki, dövlət bu insanların dərman təminatını öz üzərinə götürüb: "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda fəaliyyət göstərən 43 hemodializ mərkəzində 3400-dən artıq xəstə dializ alır".