"Anam dedi ki, toy edib pulumu yığıram" Uşağı olmadığı üçün evdən qovulan ailə VİDEO FOTO


Digərləri 10 Apr 2018 12:29:00 335 0

"Anam dedi ki, toy edib pulumu yığıram"  Uşağı olmadığı üçün evdən qovulan ailə  VİDEO  FOTO

ARB TV-nin "Sirdaş Rövşanə" proqramına növbəti müraciət gənc ailədən gəlib.

Son.az bildirir ki, iki ildir ailə quran Kürdoğlu və Nazlı cütlüyünün uşağı olmadığı üçün oğlanın ailəsi onları evdən qovub. Onlar kirayə yaşayır və yaşayış səviyyələri olduqca aşağıdır.

Kürdoğlunun sözlərinə görə ailəsinin onu atmasının əsas səbəbi evdəkilərin istəmədiyi birinin almasıdır:

"Məni başqasıyla evləndirmək istəyirlər. Mənə dedilər ki, gedib xəstə almısan, onun uşağı olmayacaq. Ömür boyu ayrılmayacam. Onu birdəfəlik almışam. Uşağım olmasa da ayrılmayacam. Sadəcə mənə ev versinlər ki, gedib işləyim ailəmi saxlayım. Anam deyirdi ki, toy edib mən pulumu yığıram. Toydan sonra səni çıxaracam".

Nazlı isə bildirib ki, toya qədər ailə ilə münasibət normal olub.


Xəbərə aid fotolar