Nərimanovda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb


Digərləri 10 Apr 2018 12:16:21 244 0

Nərimanovda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

Bakı. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Heydərov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 2 büküm narkotik vasitə heroin aşkar olunaraq götürülüb.