Yuliya Skripal xəstəxanadan evə buraxılır


Digərləri 10 Apr 2018 12:00:00 241 0

Yuliya Skripal xəstəxanadan evə buraxılır

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın qızı Yuliya Skripal Böyük Britaniyanın Solsberi şəhərində zəhərləndikdən sonra, çox güman, xəstəxanadan evə buraxılır.

Bu barədə Son.az report-a istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Yuliya Skripal bir gün əvvəl xəstəxanadan çıxmalı idi, amma mənbələr onun həqiqətən xəstəxanadan çıxıb-çıxmadığını təsdiqləyə bilməyib.

Bu gün Skripalı müalicə edən həkimlərin bəyanat verəcəyi gözlənilir.