Ekspert manatın taleyindən danışdı: “Dollara tələb kəskin artıb”


Digərləri 10 Apr 2018 12:06:00 249 0

Ekspert manatın taleyindən danışdı: “Dollara tələb kəskin artıb”

Son günlər manatın yenidən ucuzlaşacağı ilə bağlı qeyri-dəqiq informasiyalar yayılıb.

Heç bir fakta əsaslanmayan bu məlumatlar insanlara arasında çaşqınlıq yaradıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən gün keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirib. Baş bankir nəzərə çatdırıb ki, manatın dəyərdən düşməsi üçün heç bir fundamental amil mövcud deyil.

Son.az xəbər verir ki iqtisadçı-ekspert Vüqar Bayramov azvision.az-a bildirib ki, cari ilin 3 ayının nəticələri dollara təlabatın kəskin artdığını göstərir. Ekspert bildirib ki, bu, özünü Dövlət Neft Fondu tərəfindən təşkil edilən hərraclarda da göstərməkdədir.