Türkiyədə fabrikdə kimyəvi maddə sızması


Digərləri 10 Apr 2018 11:53:00 225 0

Türkiyədə fabrikdə kimyəvi maddə sızması

Türkiyənin şimal-qərbindəki Tekirdağ vilayətində güzgü istehsalı fabrikində kimyəvi maddə sızması olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 30 işçi xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən işçilərin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, sızmanın səbəbləri araşdırılır.