Təhlükəsiz əmək şəraiti əmək məhsuldarlığının artmasına imkan yaradır FOTO


Digərləri 10 Apr 2018 11:45:00 319 0

Təhlükəsiz əmək şəraiti əmək məhsuldarlığının artmasına imkan yaradır  FOTO

İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüquqları var və təcrübə göstərir ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması işçilərin həyat və sağlamlığının qorunması ilə yanaşı, əmək məhsuldarlığının da artmasına imkan verir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Xətairayonunda təşkil etdiyi "Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri" mövzusunda təşkil etdiyi seminarda vurğulanıb.

Rayon ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin, əməyin mühafizəsi üzrə mütəxəssislərin, işçilərin iştirak etdikləri seminarda əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi normalarının, standart və qaydalarının əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburi olduğu diqqətə çatdırılıb. Seminarda əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri, əməyin mühafizəsinin əsas prinsipləri və normativ hüquqi tənzimlənməsi, bu sahədə mülkiyyətçinin və işəgötürənlərin, işçilərin vəzifələri barədə məlumat verilib. Habelə müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələbləri, işçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlardan bəhs olunub.


Xəbərə aid fotolar