4 qol buraxan qapıçı küsüb meydanı tərk etdi


İdman 10 Apr 2018 11:28:00 235 0

4 qol buraxan qapıçı küsüb meydanı tərk etdi

Türkiyənin 2-ci liqasında keçirilən "Mersin İdman Yurdu" - "Eyupspor" matçında maraqlı hadisələr yaşanıb.

Goal.az xəbər verir ki, qarşılaşmanın 38-ci dəqiqəsinədək 4 qol buraxan Mersin klubunun qapıçısı Hasan Daş azarkeşlərin etirazına səbəb olub. Fanatların hədəfinə çevirilən qolkiper meydanı tərk edib.

Komanda yoldaşlarının bütün səylərinə rəğmən, Hasan Daş meydana qayıtmayıb və onun yerinə Dursun Cem Ateş oyuna qoşulub. Nəticədə "Mersin İdman Yurdu" daha 4 qol buraxaraq 0:8 hesabı ilə uduzub.