Sumqayıtda piyada vuruldu


Digərləri 10 Apr 2018 11:33:00 210 0

Sumqayıtda piyada vuruldu

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, aprelin 9-da saat 10 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini Tariyel Xəlilov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən həmyerlisi Vidadi Rəsulovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.