Müəllim və valideyn müraciətləri dinləniləcək - müvafiq tədbirlər görüləcək


Digərləri 10 Apr 2018 11:26:00 222 0

Müəllim və valideyn müraciətləri dinləniləcək - müvafiq tədbirlər görüləcək

Aprelin 13-də paytaxtın Qaradağ, Yasamal və Səbail rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı. Aprelin 13-də paytaxtın Qaradağ, Yasamal və Səbail rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.