Azərbaycanlı tələbələr Hindistanda xüsusi təqaüd alacaq


Digərləri 10 Apr 2018 11:18:00 233 0

Azərbaycanlı tələbələr Hindistanda xüsusi təqaüd alacaq

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov ilə görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüşdə ali təhsil, tələbə mübadiləsi və təqaüd sahələrində iki ölkə arasında əməkdaşlığa dair məsələləri müzakirə edilib.

Səfir Sanjay Rana Hindistan Mədəni Əlaqələr Şurasının (HMƏŞ) nümunəvi azərbaycanlı tələbələrə bakalavr, magistr və doktorantura proqramları üzrə təqaüdlər təklif etdiyini qeyd edib.

Hindistan Höküməti həmçinin, Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində ölkənin yüksək səviyyəli institutlarında müxtəlif təlim kursları üzrə tam maliyyələşdirilən təqaüd təklif edir.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində (ADU) hind dili müəlliminin iştirakı ilə "Hindistan Mərkəzi" fəaliyyət göstərir. Azərbaycanın digər universitetlərində əlavə hind dili və sanskrit kafedralarının təsis edilməsinə dair planlar var.