ABŞ və Britaniya Suriyanı vuracaqlar VIDEO FOTO


Digərləri 10 Apr 2018 11:09:00 228 0

ABŞ və Britaniya Suriyanı vuracaqlar  VIDEO  FOTO

Britaniyanın baş naziri Tereza Mey Suriyanın Duma şəhərində dinc insanlara qarşı kimyəvi silah tətbiq edənlərin cəzalandırılmasını tələb edib.

Son.az The Guardian-a istinadən bildirir ki, Meyin dediyinə görə, əgər Suriyanın hakimiyyət dairələrinin vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi təsdiqlənərsə, rəsmi Dəməşq məsuliyyətə cəlb olunmalıdır.

"Bundan başqa, Suriyanın müttəfiqi Rusiya da baş verənlərə görə məsuliyyət daşıyır", - T.Mey deyib.

ABŞ, Britaniya və bir neçə ölkə Suriyanın Duma şəhərində yoxlamalar aparmaq niyyətindədir.

Britaniyanın XİN başçısı Boris Conson bəyan edib ki, Dumadakı yoxlamalara Rusiya mane olmamalıdır.

Tereza Mey onu da vurğulayıb ki, zərurət yaranarsa, Suriyada Bəşər Əsədə sadiq qoşunların obyektlərinə və mövqelərinə raket zərbələri endiriləcək. Belə zərbələr üçün rəsmi London ölkə parlamentindən icazə almaq niyyətində deyil.

ABŞ da Suriyaya zərbələri istisna etməyib.

ABŞ Prezidenti Donald Tramp Rusiyalı həmkarı Vladimir Putini və İranı şənbə günü Suriyada zəhərli hücumun baş verməsinə imkan yaratmaqda günahlandırıb. Suriyalı fəallar və tibbi mənbələrə əsasən, hücum nəticəsində azı 40 nəfər həyatını itirib. Xlor hücumu olduğu güman edilən bu hücum hökümətin İslam Ordusu üsyançı qrupu ilə atəşkəsin kəsilməsindən sonra Dəməşq yaxınlığında üsyançıların nəzarət etdiyi əraziləri geri almaq əməliyyatı apardığı vaxta təsadüf edir. Bazar günü Tramp Twitterdə Rusiya və İranı Suriya prezidenti Bəşər Əəsdi müdafiə etməkdə və onun qoşunlarının həyata keçirdiyi zorakılıqlara imkan verməkdə ittiham edib.

Suriya paxtaxtı Dəməşq yaxınlığında üsyançıların nəzarət etdiyi Duma şəhərinə kimyəvi hücuma məruz qalan uşaqların şəkilləri yenidən beynəlxalq qınaqlara səbəb olub. Şahidlər deyib ki, pasientlərdən xlor qoxusu gəlirdi, bəzilərinin isə dərisi göyərmişdi. Bu isə oksigen çatışmazlığının əlaməti ola bilər.

Bazar günü ABŞ prezidenti Donald Tramp hücumu "xəstəlik" və "beyinsizlik" adlandırıb və onların buna görə ağır bədəl ödəyəcəklərinə söz verib.

Ağ Evin milli təhlükəsizlik müşaviri Tomas Bossert ABC kanalının This Week (Bu Həftə) verilişində deyib ki, prezident kabinetinin yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri ilə variantları müzakirə edir.


Xəbərə aid fotolar