Bakıda keçiriləcək 1-ci Latın Amerikası Film Festivalının proqramı açıqlanıb


Digərləri 10 Apr 2018 10:57:21 211 0

Bakıda keçiriləcək 1-ci Latın Amerikası Film Festivalının proqramı açıqlanıb

Tamaşaçılara Kolumbiya, Kosta-Rika, Braziliya, Kuba, Argentina, Meksika, Peru istehsalı olan 7 film göstəriləcək

Aprelin 16-dan 19-dək Bakıda Latın Amerikası ölkələrinin Azərbaycandakı səfirliklərinin təşkilati dəstəyi ilə 1-ci Latın Amerikası Film Festivalı keçiriləcək.

Bu barədə "Report" Kolumbiyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

Festivalın məqsədi Azərbaycan ictimaiyyətini Latın Amerikasının mədəniyyəti və ənənələri, o cümlədən kinematoqrafiya istiqamətindəki faəliyyəti ilə tanış etməkdir.

Qeyd edək ki, festival çərçivəsində tamaşaçılara Kolumbiya, Kosta-Rika, Braziliya, Kuba, Argentina, Meksika, Peru istehsalı olan 7 film göstəriləcək.