Məşhur aktyorun əşyaları satılır


Digərləri 10 Apr 2018 10:51:00 284 0

Məşhur aktyorun əşyaları satılır

Əslən avstraliyalı aktyor Rassell Krouya məxsus əşyalar Avstraliyanın Sidney şəhərində keçirilən "The Art of Divorce" adlı hərraca çıxarılıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, hərrac 2,8 milyon dollar toplayıb və onlarla alıcı və tamaşaçını cəlb edib.

Rassell Krounun Gladiator, Master and Commander, LA Confidential və The Insider kimi məşhur filmlərindən Roma tərzli at arabası, qızıl Rolex saat, dəri paltar və 128 yaşı olan skripka da daxil olmaqla, təxminən 200 filmdən geyimlər və əşyalar hərraca çıxarılıb.

Hərrac Krounun keçmiş həyat yoldaşı Daniel Spenserlə evliliklərinin 15-ci il dönümünə və aktyorun ad gününə təsadüf edib.