Moskvadan ABŞa sərt xəbərdarlıq: "Ciddi fəsadlar olacaq"


Dünya 10 Apr 2018 10:57:00 254 0

Moskvadan ABŞa sərt xəbərdarlıq: "Ciddi fəsadlar olacaq"

Moskva ABŞ-ın Suriyaya zərbələr vurmaq qərarı verəcəyi təqdirdə bunun ciddi nəticələrinin olacağına dair Vaşinqtona xəbərdarlıq edib. 

Son.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

"Müvafiq kanallar vasitəsilə biz ABŞ-a bildirmişik ki, yalan bəhanələrlə Suriyaya qarşı hərbi güc ciddi nəticələrə səbəb ola bilər", - deyə rusiyalı diplomat bildirib.