VI Könüllülük Proqramına start verilib


Digərləri 10 Apr 2018 10:58:00 199 0

VI Könüllülük Proqramına start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən VI Könüllülük Proqramı çərçivəsində 25 nəfər könüllü fəaliyyətə başlayıb.

Bakı. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən VI Könüllülük Proqramı çərçivəsində 25 nəfər könüllü fəaliyyətə başlayıb. İdarədən Trend-ə verilən məlumata görə, müsahibədən uğurla keçən şəxslər BŞTİ-də 3 ay təcrübə keçəcəklər. Könüllü kimi fəaliyyətə başlayan gənclərə proqramın sonunda BŞTİ tərəfindən müvafiq arayış veriləcək.