Bakı Olimpiya Stadionunda WFCA-48 turniri keçiriləcək - Azərbaycanda ilk dəfə


İdman 10 Apr 2018 10:43:00 220 0

Bakı Olimpiya Stadionunda WFCA-48 turniri keçiriləcək - Azərbaycanda ilk dəfə

Bakı Olimpiya Stadionunda WFCA-48 beynəlxalq turniri keçiriləcək.

Goal.az xəbər verir ki, mayın 4-ündə keçirilən WFCA-48 turnirində tanınmış MMA döyüşçüləri iştirak edəcək. Turnirdə Bəxtiyar Arzumanov, Mehman Məmmədov, Tofiq Musayev, Vüqar Kərəmov kimi peşəkar döyüş idmanında artıq uğur qazanmış simalar iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq turnirin təşkilatçıları "Olimpiya" və "Akhmat" döyüş klubları və Bakı Olimpiya Stadionudur.

Super-döyüşdə "Akhmat" klubunun tanınmış nümayəndəsi, çempionu, ən perspektivli rus döyüşçülərindən biri olan Məhəmmədrəsul "Frodo" Hasbulaev (28-7)  Salman Jamaldayev (15-1) ilə qarşılaşacaq.

Azərbaycanda ilk dəfə keçirilən WFCA-48 turnirində MMA qaydalarına uyğun olan 14 döyüş keçiriləcək.

Rinq Bakı Olimpiya Stadionunun əsas meydançasında qurulacaq, tamaşaçılar isə 3000 yerlik oturacaqlarla təmin ediləcək.

Biletlərin satışı online olaraq iticket.az saytında, şəhərin mərkəzləşdirilmiş kassalarında, həmçinin ASAN mərkəzlərində mövcuddur; qiymətlər 5, 10 və 20 AZN arasında dəyişir.

Turnir "CBC Sport" kanalı tərəfindən "Match TV" üçün siqnal ötürülməsi ilə canlı yayımlanacaq.

Bu turnirdə Azərbaycan, Rusiya, Argentina, ABŞ, Qırğızıstan, Braziliya, Ukrayna, Niderland, Qazaxıstan, Tacikistan və Dominikan Respublikasının MMA döyüşçüləri öz döyüş bacarıqların göstərəcəklər.