Turistlərin Azərbaycandakı bank əməliyyatlarının həcmi açıqlandı


Digərləri 10 Apr 2018 10:34:00 219 0

Turistlərin Azərbaycandakı bank əməliyyatlarının həcmi açıqlandı

Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə cari ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat, ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31,565,965 manat, yəni 20% daha çox vəsait xərclənib.

Xatırladaq ki, 2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1,022,036,752 manat məbləğində vəsait xərcləmişdi.