Bakı Ali Neft Məktəbi və EY arasında razılaşma imzalandı


Digərləri 10 Apr 2018 10:39:00 242 0

Bakı Ali Neft Məktəbi və EY arasında razılaşma imzalandı

Bakı Ali Neft Məktəbi (BANM) və EY şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Ali Məktəbin tələbələri və əməkdaşları iştirak ediblər. 

Son.az bildirir ki, tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov EY-ın Azərbaycanda audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətlərinin göstərilməsi üzrə böyük imicə malik olduğunu və BANM və EY arasında yaranmış əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. Rektor qeyd edib ki, hazırda Ali Məktəb EY şirkətilə iki istiqamətdə əməkdaşlıq edəcək. Bunlardan biri Ali Məktəbin tələbələrinin şirkətin dayanıqlı inkişaf mövzusunda olan təlimlərinə cəlb edilməsi, digər istiqamət isə EY tərəfindən BANM-ın Dayanıqlı inkişaf üzrə  hesabatının hazırlanmasından ibarətdir. 

EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev isə BANM-la əməkdaşlıq etməkdən məmnun olduğunu və tələbələrin EY tərəfindən təşkil olunan təlimlərə böyük maraq göstərmələrindən sevindiyini bildirib. 

Tədbirdə EY-ın İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcovanın Ali Məktəbin 4-cü və 5-ci kurs tələbələrinə  keçdiyi  İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə üç günlük seminarın sertifikatları öz sahiblərinə təqdim edilib.