“Bank VTB Azərbaycan” nizamnamə kapitalını artırıb


İqtisadiyyat 10 Apr 2018 10:06:00 366 0

“Bank VTB Azərbaycan” nizamnamə kapitalını artırıb

Bankın kapitalı 316 mln. manata yaxınlaşıb

“Bank VTB Azərbaycan” ASC nizamnamə kapitalını 265 mln. manat və yaxud 6,215 dəfə artıraraq 315,815 mln. manata çatdırıb.

“Report” xəbər verir ki, bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 0,2 manat olan 1,325 mlrd. ədəd yeni adi, adlı, sənədsiz səhm buraxılıb.

Səhmləri “Bank VTB Azərbaycan”ın əsas səhmdarı – “Bank BTB Rusiya” əldə edib. Hazırda Rusiya tərəfi Azərbaycandakı törəməsinin səhmlərinin 99,999995%-nə nəzarət edir. Səhmlərin qalan 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin İdarə Heyətinin sədri) məxsusdur.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb.